| → Mətanət İsgəndərli evli kişi ilə yaşayır |
14 Aprel 2010 |
|
| |
 Mətanət İsgəndərli evli kişi ilə yaşayır
Müğənni Mətanət İskəndərli ailəli kişi ilə 8 ildir ki, ər-arvad kimi yaşayır. Fox.Az - ın məlumatına görə, o, bunu fox.az saytına müsahibəsində bildirib. «Biz onunla artıq 8 ildir ki, bir yerdəyik. Demək olar ki, ər-arvadıq. Lakin mən onun ikinci ailəsiyəm. Bəlkədə onu ailəsindən uzaqlaşdırmaqla günaha batıram… Bizim onunla kəbinimiz var. Amma o, birinci ailəsini də atmayıb. İki ailə ilə yaşayır», - deyə müğənni bildirib. M.İskəndərlinin sözlərinə görə, əvvəllər sevimli insanının digər qadınla da yaşaması onu narahat etməsə də, son zamanlar bundan sıxıntı keçirir: «Amma mən biliriəm ki, sevir və sevilirəm. Bu, çox vacibdir… Amma digər tərəfdən onunla ictimaiyyət arasına çıxa bilmirəm. Biz münasibətlərimizi gizlətməyə məcburuq. Belə olduqda həyəcanlanır, əsəbləşirəm, nəyisə dəyişmək istəyirəm…» Müğənninin fikrincə, sevgilisinin həyat yoldaşı bəlkə də onun bu münasibətini hiss edir: «Amma həmin qadının mən olduğumu bilmir. Hərdən sevgilim deyir ki, öz xanımına hər şeyi açıb danışmaq istəyir. Lakin mən buna razılıq vermirəm. İstəmirəm ki, o qadın mənim mövcudluğum haqda bilsin… Amma o, hər gün mənim evimə gəlir, övladlarım da onu qəbul edir».
M.İskəndərli vaxtilə başına buna oxşar hadisənin gəldiyini bildirib. «Bir neçə il əvvəl hansısa xanımın ciddi-cəhdlə məni axtardığını bilirdim. Bir müddət onunla görüşdən yayınsam da, əl çəkmədi və axırda biz görüşdük. Qadın ərinin məni sevdiyini dedi və onun ərinin ikinci arvadı olmağımı istədi. Mən şokda idim…», - deyə ifaçı bildirib. Müğənninin sözlərinə görə, sevgilisi çox qısqancdır və bu üzdən o, bir sıra tədbirlərə qatıla bilmir. M.İskəndərlinin oxumasına isə nəinki icazə verir, hətta onun ifasını çox bəyənir: «O, həmişə mənə deyir: oxu, mənim bülbülüm!» |
| |
|
| |
|
| |
|
| |
|
| |
Mövzuya aid açar sözlər:
bildirib, Mətanət, yaşayır, onunla, kişi, görə, ildir, mənim, ərinin, Lakin, məni, deyir, «Amma, ikinci, digər, ailəli, ərarvad, İskəndərli, Müğənni, İsgəndərli |
| |
Diqqət! Foksariklərin nəzərinə!
Saytın yenilənmə prosesi ilə əlaqədar rəy yazma funksiyasına xitam verilmişdir.
Pərvin Şükürzadə Studiyası
|
| |
|